Bakıda avtomobildə qalan azyaşlı xilas olunub. Bu barədə APA Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Məlumatla əlaqədar FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 2021-ci il təvəllüdlü E.Aşullı yaşadığı fərdi evin qarajında avtomobilin içərisində olarkən qapılar kilidlənib və uşaq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər azyaşlını ailəsinə təhvil veriblər.
[playlist type="video" tracklist="false" ids="138373"]