Bakıda avtomobildən 20 000 manatdan çox pulu oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıblar. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Bildirilib ki, paytaxtın Binəqədi qəsəbəsi ərazisində avtomobilin saxlanc yerindən 20 848 manat pul oğurlanıb. Oğurluq əməlini törətməkdə şübhəli bilinən 39 yaşlı bir qadın və iki yeniyetmə müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.