Bakıda avtomobillə moped toqquşub, ölən var. Bu barədə 23 iyun tarixində APA məlumat verib.
Belə ki, 1985-ci il təvəllüdlü Babayeva Yeganə Elçin qızı idarə etdiyi “BMW” markalı avtomobili ilə Nəsimi rayonunun Ceyhun Hacıbəyli və Təbriz küçələrinin kəsişməsində hərəkətdə olarkən sürücü Səmədov Kamran Əlsəfa oğlunun idarə etdiyi mopedlə toqquşub.
Nəticədə 1995-ci il təvəllüdlü Kamran Səmədov hadisə yerində ölüb.
Faktla bağlı Nəsimi RPİ-nin İstintaq Şöbəsində CM-in 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.