Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə 14 iyun tarixində APA məlumat verib.
Belə ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən avtomobil yolunun “Abşeron” TM-in qarşısından keçən hissəsində sürücü Yusubov Ruslan Elçin oğlunun idarə etdiyi “Priora” markalı avtomaşınla digər sürücü - Sarıyev Haqverdi Mehman oğlunun idarə etdiyi “Hyundai Sonata” markalı avtomaşın toqquşub.
Nəticədə “Hyundai Sonata” markalı avtomaşında sərnişin olan Abdullayev Zaur Abdulla oğlu ölüb.
Faktla bağlı cinayət işi başlanılaraq istintaq aparılır.