Paytaxt ərazisində avtomobillərin şüşələrini sındıraraq nəqliyyat vasitələrinin salonlarından telefon, noutbuk, pul kisələri və digər qiymətli əşyalar oğurlayan şəxs saxlanılıb. Bu barədə 23 iyun tarixində Report Daxili İşlər Nazirliyinə istinadən məlumat verib.
Hadisələri törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini İlqar Məmmədov tutulub.
Araşdırmalar zamanı onun Nərimanov rayonu ilə yanaşı, paytaxtın Yasamal və Nəsimi rayonlarında da 10-a yaxın avtomobilin şüşəsini sındırdığı müəyyən edilib.
"Bu şəxsin törətdiyi qanunsuz əməllərin bir neçəsi müşahidə kameraları vasitəsilə də görüntülənib. İlqar Məmmədov barəsində 18-ci Polis Şöbəsində araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
[gallery link="file" columns="1" size="full" ids="120082"]