Paytaxtın Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 20 avtomobilə ziyan dəyib. Bu barədə İnsanoid bu gün, 19 iyun tarixində xəbər verir.
Hadisə Bakı-Qazax yolunda qeydə alınıb.
Belə ki, 2 ağır tonnajlı yük avtomobili toqquşaraq marketin qarşısında dayanan digər avtomobilləri əzib. Xəsarət alan olmayıb.
Hadisə yerinə DYP əməkdaşları gəliblər.
Araşdırma aparılır.