Bakıda bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərlik cərimələnib. Bu barədə 8 dekabr tarixində Qida Təhlükəsizliyi Agentliyi məlumat verib.
Bakı şəhəri Nizami rayonunun C.Naxçıvanski küçəsi, ev 50 ünvanında yerləşən hüquqi şəxs “Nəzrin-E” MMC-yə məxsus bazarda planlı yoxlama aparılıb, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.
Bazarın qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub.
Həmçinin süd və süd məhsullarının satışı sahələrində müvafiq təmizlik işlərinin görülmədiyi, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçmədiyi və təlimlərə cəlb edilmədiyi, temperatur rejiminə əməl olunmadığı, məhsulların çirklənmədən və xarab olmadan mühafizə ediləcək şəraitdə saxlanılmadığı və üzərində etiket məlumatlarının mövcud olmadığı aşkarlanıb.
Bazarda süd və süd məhsullarının satışı dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.
[gallery link="file" columns="1" size="full" ids="154566"]