Bakının Xətai rayonunda bir nəfər insanların həyatına təhlükə yaradıb. Bu barədə İnsanoid sosial şəbəkələrə istinadən bu gün, 18 iyun tarixində xəbər verir.
Hadisə Xocalı prospekti ilə Fəzail Bayramov küçələrinin kəsişməsində baş verib.
Yayılan görüntülərdə şəxsiyyəti hələlik məlum olmayan şəxs çoxmərtəbəli binanın pəncərəsindən küçəyə qab-qacaq ataraq, oradan keçən piyadaların həyatına və avtomobillərin hərəkətinə təhlükə yaradıb.
Şahidlər hadisənin ailə-məişət zəminində baş verdiyini bildirirlər.