Bakı şəhəri Xəzər rayonunun Dübəndi Yaşayış Massivinin yaxınlığında dənizdə bir nəfər batıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 10 iyun tarixində məlumat verir.
Bildirilib ki, məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.