Bakıda yol qəzası zamanı bir nəfər ölüb. Bu barədə APA 24 iyul tarixində xəbər verib.
8 Noyabr prospektində yürüstü piyada keçidinin altından keçən 30-35 yaşlı qadını Anar Bayramovun idarə etdiyi 10-UT-528 dövlət nömrə nişanlı “BMW” markalı minik avtomobili vurub.
Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.
Sürücü məsuliyyətə cəlb edilib.