Bakıda 20 nömrəli məktəb-liseyin 9 şagirdi və 1 müəllimi qızılcaya yoluxub.
Bu barədə 5 dekabr tarixində Report məlumat verib.
Qeyd olunub ki, məktəb-liseyin bir sinfində 10 şagirdin qızılcaya yoluxması haqqında yayılan məlumatlar həqiqətə uyğun deyil: "Ümumiyyətlə, məktəb üzrə indiyədək 9 şagird və 1 müəllimin qızılcaya yoluxması (müxtəlif vaxtlarda ayrı-ayrı siniflər üzrə) qeydə alınıb".