Bakıda çimərlikdə boğulmaqda olan qadın xilas edilib. Bu barədə 15 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Belə ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
Xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.
[playlist type="video" tracklist="false" ids="122038"]