Bakıda 30 yaşlı cinsi azlıq nümayəndəsi həyatına son qoymaq istəyib. Bu haqda aprelin 13-də Qafqazinfo məlumat yayıb.
Hadisə Nərimanov rayonu Ağa Nemətulla küçəsində yerləşən binada baş verib. Orada yaşayan şəxs özünü 4-cü mərtəbədən atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Məlum olub ki, cinsi azlıq nümayəndəsi Gəncə şəhər sakinidir və paytaxtda kirayəyə götürdüyü mənzildə yaşayıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Ölkədə cari il ərzində 102 intihar hadisəsi baş verib. Ötən il bu göstərici 612 təşkil edib.