Bakının Ziya Bünyadov prospektində sürət həddi 90 km/saatdan 70 km/saata endirilib. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Qeyd olunan yol sahəsində müvafiq yol nişanlarının quraşdırılması davam etdirilir.
Qurum sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət hədlərinə riayət etmələrini xahiş edir.