Gün ərzində çirkləndirici qaz qarışıqlarından dəm qazının miqdarı Bakı şəhəri üzrə 1.3 dəfə yüksək olub.
Bu barədə 20 dekabr tarixində Report Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, dəm qazının miqdarının normadan yüksək olmasına səbəb nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması, sənaye müəssisələrinin fəaliyyəti və digər antropogen təsirlərlə əlaqədardır.