Bakıda dənizdə Rusiya vətəndaşı boğulub. Bu barədə 17 iyul tarixində Report məlumat verib.
Hadisə iyulun 16-sı paytaxtın Sabunçu rayonu, Bilgəh çimərliyində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Yuriy Kuzneçov tanışı olan qadın və onun oğlu ilə birlikdə dənizdə çimərkən boğularaq ölüb.
Faktla bağlı araşdırma aparılır.