Novruz bayramı ərəfəsində ölkəmizdə ilk dəfə olaraq elektrik avtomobillərin sərgisi keçiriləcək. Bu barədə İnsanoid AADA-nın rəsmi internet saytına istinadən bu gün, 2 mart tarixində xəbər verir.
“Auto Eko 2023” adı altında avtoşou Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) tərəfindən təşkil olunur.
[caption id="attachment_107680" align="alignnone" width="300"]
Foto AADA-nın rəsmi saytı[/caption]
Sərgi 12-14 mart tarixlərində “Park Bulvar” ticarət mərkəzində baş tutacaq.
Avtoşou çərçivəsində ən yeni modellərin rəsmi premyeraları gözlənilir.
Sərginin rəsmi açılışı 12 mart saat 12:00-da olacaq.
Bu zaman bütün elektromobillər örtüklə örtüləcək. İştirakçılar mini-təqdimatlar, brifinqlər keçirəcəklər. Tamaşaçılar üçün əyləncəli şou-proqramlar da təşkil olunacaq. Xüsusi təşkil olunmuş zonada “Need for speed” kiberoyunu üzrə tamaşaçılar arasında birincilik keçiriləcək və qaliblər mükafatlandırılacaqlar. Bundan əlavə, avtomobil sahəsində öz biliyinə güvənən qonaqlar müxtəlif uduşlu müsabiqələrdə iştirak edə biləcəklər.