Bakıda evdən 15 000 manatlıq qızıl oğurlanıb. Bu barədə 13 dekabr tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, dekabrın 6-na keçən gecə Xəzər rayonunun Şüvəlan qəsəbəsindəki evlərin birindən 15 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Şübhəli bilinən Bakı şəhər sakini Elçin Babayev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.