Bakıda evdən qızıl-zinət əşyaları oğurlanıb. Bu barədə Report Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Belə ki, Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7 250 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.