Bakıda əl qumbarası tapılıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 1 iyun tarixində məlumat verir.
Xəzər rayonu ərazisində hərbi sursat aşkar edilib. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd “F-1” əl qumbarası olduğu müəyyən edilib. Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.