Bakı şəhəri Sabunçu rayonunun Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən bu gün, 11 iyun tarixində xəbər verir.
Ümumi sahəsi 100 m² olan birmərtəbəli üçotaqlı evin həyətində həcmi 50 litr olan qaz balonunda yanğınla müşayiət olunmayan partlayış baş verib.
Hadisə nəticəsində evin mətbəxinin divarlarında çatlar əmələ gəlib, pəncərə şüşələri sınıb, 1 nəfər ayaq nahiyəsindən yüngül yanıq xəsarətləri alıb. Yaralıya yerində yardım göstərilib.
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Mərkəzdən verilən məlumata əsasən, 1 nəfərə (qadın cinsli) aşağı ətrafın 1-ci dərəcəli termiki yanığı diaqnozu ilə yerində yardım olunub.
[caption id="attachment_182197" align="alignnone" width="696"]
Foto FHN[/caption]