Bakıda avtomobil aşıb, sürücüsü dünyasını dəyişib. Bu barədə Report 5 iyun tarixində xəbər verib.
Paytaxtın Səbail rayonunda 24 yaşlı Tural Şiriyev icarəyə götürdüyü “Hyundai Sonata” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra maşın yol kənarındakı maneəyə çarpılıb.
Nəticədə T.Şiriyev hadisə yerində ölüb, avtomobildə sərnişin qismində olmuş qardaşı, 23 yaşlı Turqay Şiriyev isə xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb.