Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaqlanıb. Bu barədə 7 iyul tarixində APA məlumat verib.
Hadisə Balaxanı qəsəbəsində baş verib.
1990-cı il təvəllüdlü Hacıyev Səxavət Fəxrəddin oğlu dava zamanı tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Fakt Sabunçu Rayon Polis İdarəsində araşdırılır.