Bakıda konserti olan rusiyalı şair qonararının ödənilmədiyini iddia edir. Bu barədə İnsanoid bu gün, 28 may tarixində xəbər verir.
Ötən gün Bakıda məşhur rusiyalı qiraətçi, yeddi kitab müəllifi, "LitGost" layihəsinin rəhbəri, 2023-cü ildə Rusiyada kitabı ən çox satılan şair Dmitri Kravçenkonun konserti keçirilib.
Kravçenko təşkilatçılardan narazılıq edərək ona konsert üçün ödənişin edilmədiyini bildirib.
Konsert başlamazdan öncə D.Kravçenkoya bildirilib ki, ödəniş edilməyəcək. Çıxış edib və ya etməmək onun öz qərarı olub.
Konsert Beynəlxalq Muğam Mərkəzində baş tutub və 45 dəqiqə davam edib.
Təşkilatçılar şairin sosial şəbəkə hesabında paylaşımına cavab olaraq bildiriblər ki, razılıq əldə olunan şərtlər onların yox, qonaqlar tərəfindən pozulub.
Şair çıxışının sonunda "Прощай, Баку" (Əlvida, Bakı!) şeirini səsləndirib və konsert təşkilatçılarının ona heç bir ödəniş etmədiyini deyib".
Bu tədbirdən sonra Kravçenko menecerini dəyişib.
View this post on Instagram