Bakıda gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb. Bu barədə İnsanoid DİN-ə istinadən bu gün, 13 may tarixində xəbər verir.
Yasamal rayonunda gözəllik salonlarına müştəri kimi daxil olaraq, orada olan şəxslərin pul kisəsini oğurlayan Zərifə Əliyeva saxlanılıb.
Həmin şəxs ifadəsində Yasamal rayonu ilə yanaşı, Bakı şəhərinin Nərimanov rayonu və digər ərazilərində gözəllik salonları və başqa obyektlərdən oğurluqlar etdiyini etiraf edib.
Araşdırma zamanı Zərifə Əliyevanın Sabunçu rayonunda oğurluq etdiyi üçün barəsində cinayət işi başlanıldığı və axtarışda olduğu da müəyyən edilib.
Faktlarla bağlı Zərifə Əliyeva barəsində 26-cı Polis Bölməsində araşdırmalar davam etdirilir.