Bakıda gözəllik salonunda oğurluq hadisəsi baş verib. Bu barədə aprelin 14-də Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, aprelin 12-də M.Seyidov küçəsində yerləşən gözəllik salonlarının birində paytaxt sakini olan qadının içərisində 1 000 manatı və 200 dolları olan pul qabı oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Tərlan Bədəlov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.