Bakıda Gürcüstan vətəndaşını avtomobil vuraraq öldürüb. Bu barədə 10 avqust tarixində APA məlumat verib.
Belə ki, Yasamal rayonu ərazisində Kamil Əhədov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı, 1989-cu il təvəllüdlü Alahverdi Musayevi vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.