Bakıda hakim binanın liftinin düyməsini qırıb. Bu barədə 12 iyun tarixində Milli.az məlumat verib.
Hadisə Bakıdakı Yeni Həyat kompleksində baş verib.
Belə ki, Binəqədi Rayon Məhkəməsinin hakimi olduğu bildirilən Zamiq Bağırov binanın liftinin düyməsini qırıb. Yayılan görüntülərdən onun liftin düymələrini sındırdığını görmək mümkündür.
Qeyd olunub ki, Zamiq Bağırov cari ilin yanvarın 12-də sözügedən vəzifəyə təyin olunub.
[playlist type="video" tracklist="false" ids="118800"]