Bakı şəhərinin Binəqədi rayonu Ziya Bünyadov prospektində hərbi sursat aşkar edilib. Bu barədə 26 iyul tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Aşkar edilmiş sursatın döyüş tətbiqinə yararlı 1 ədəd RQD-5 əl qumbarası olduğu müəyyən edilib.
Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.