Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var. Bu barədə 24 iyul tarixində Report məlumat verib.
Bu gün saat 09:25 radələrində Xocasən şosesinin Binəqədi rayonu ərazisindən keçən hissəsində iki sərnişin avtobusu toqquşub.
“İsuzu” markalı avtobus eyni istiqamətdə qarşıda sərnişin mindirmək üçün dayanan eynimarkalı avtobusa çarpılıb. Hadisə nəticəsində 4 nəfər xəsarət alıb, ölüm və ağır xəsarət halı yoxdur.
Hazırda faktla bağlı araşdırma aparılır.