Bakıda iki yeniyetmə itkin düşüb. Bu barədə 18 yanvar tarixində APA məlumat verib.
2007-ci il təvəllüdlü Məmmədov Amil Aqil oğlu yanvarın 15-də Xətai rayonunun Şirvan küçəsində yerləşən 29 saylı orta məktəbə gedib və geri qayıtmayıb.
Bundan başqa, Sabunçu rayonunun Maştağa qəsəbəsində 2007-ci il təvəllüdlü Nəzərova Zahirə Elnur qızı yanvarın 16-da yaşadığı evdən çıxıb və geri qayıtmayıb.
Faktlarla bağlı araşdırma aparılır.