Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 55 kvadratmetr olan ikimərtəbəli evin birinci mərtəbəsinin tavanı 3 kvadratmetr sahədə yanıb.
Bu barədə 8 noyabr tarixində Fövqəladə Hallar Nazirliyi məlumat verib.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.