Bakıda inşaat materiallarının satışı bazarında yanğın olub. Bu barədə aprelin 13-də Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Paytaxtın Nərimanov rayonundakı bazarda gözətçi köşkünün və anbarların dam örtüklərinin taxta atmaları 2,5 m² sahədə yanıb.
Köşkün və anbarların qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.