Bakıda insan skeletinin kəllə və sümükləri aşkarlanıb. Bu barədə 20 iyul tarixində Baş Prokurorluq məlumat verib.
İyulun 19-da paytaxtın Binəqədi rayonunun Baksol qəsəbəsi ərazisində insan skeletinə aid kəllə və 2 ədəd bazu sümüyünə bənzər sümüyün aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma başlanılıb.
Ekspertizalar təyin edilib.