Bakıda itkin düşmüş yeniyetmə qız tapılıb. Bu barədə Report 21 avqust tarixində xəbər verib.
Avqustun 15-də paytaxtın Sabunçu rayonu ərazisində 13 yaşlı Aytac Məhərrəmli yaşadığı evdən çıxaraq, geri qayıtmamışdı.
Yeniyetmə avqustun 18-də polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Fakt üzrə Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.