Bakıda 22-23 iyul tarixlərində “Kənddən Şəhərə” həftəsonu yarmarkası keçiriləcək. Bu haqda 21 iyul tarixində Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Müxtəlif regionlardan dəvət olunan fermerlər yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar.
Nərimanov rayonunun Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçiriləcək yarmarkanın əsas məqsədi yerli fermerlər üçün alternativ satış kanalı yaratmaq və şəhər sakinlərini təbii və sağlam kənd məhsulları ilə təmin etməkdir.
“Kənddən Şəhərə” yarmarkası fermerlər üçün ödənişsiz şəkildə təşkil olunur. Onlar piştaxta, tərəzi, soyuducu və digər lazımi ləvazimat və avadanlıqlarla təmin olunacaqlar.
[gallery link="file" size="full" ids="122781,122780,122779"]