Bakıda avtomobil qaçırılıb. Bu barədə 17 yanvar tarixində Lent.az-a istinadən xəbər veririk.
Belə ki, yanvarın 14-də Bakı şəhər sakini V.Kərimova məxsus "Renault" markalı avtomobil qaçırılıb. Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əhmədov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.