Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub. Bu barədə 6 aprel tarixində Report məlumat verib.
Ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanan 2003-cü il təvəllüdlü Bəkirova Həvva Məhəmməd qızı ağır vəziyyətdə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qarın və bud nahiyələrindən 3 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub.
Həvva Bəkirova 4 aylıq hamilədir.
Hadisənin təfərrüatı araşdırılır.