Bakıda kişi meyiti tapılıb.Bu barədə 2 iyun tarixində Report məlumat verib.
Paytaxtın Nəsimi rayonu ərazisində üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi cinsli şəxsin tapılması faktı ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.
Həmin meyitin 1972-ci il təvəllüdlü Həsənov Sərvər Şəmil oğluna məxsus olması müəyyən edilib.