Bakıda kişi qonşusuna balta ilə xəsarət yetirib. Bu barədə 6 may tarixində APA məlumat verib.
Hadisə Sabunçu rayonu, Məhəmmədli qəsəbəsi, Ə.Əliyev küçəsində qeydə alınıb.
1975-ci il təvəllüdlü İsmayılov Zəmanət Nəsir oğlu qonşusu, 1977-ci il təvəllüdlü Məmmədzadə Namiq Mövsüm oğlunu söyüş söyməsi səbəbindən balta ilə vurub. Namiq Məmmədzadə başının bir neçə yerindən xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.