Bakıda 36 yaşlı kişi şadlıq sarayında təmir zamanı yıxılaraq ölüb. Bu barədə 30 yanvar tarixində Baş Prokurorluq məlumat verib.
Yanvarın 29-da paytaxtın Nərimanov rayonu ərazisində yerləşən şadlıq saraylarının birində aparılan təmir işləri zamanı 1988-ci il təvəllüdlü Bəhram Bayramov dəmir konstruksiyanın üzərindən yerə yıxılıb.
Nəticədə o dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.