Bakıda körpünün üzərində yaranmış çökmə tıxaca səbəb olub. Bu barədə İnsanoid Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən bu gün, 13 dekabr tarixində xəbər verir.
“Əbdülvahab Salamzadə küçəsindəki körpünün üzərində - yolun sağ zolağında yaranan çökmə səbəbindən küçənin hər iki istiqamətində və “Qələbə” dairəsində sıxlıq yaranıb. Sürücülərdən nəzərə almaları xahiş edilir”, - Mərkəz diqqətə çatdırıb.