Bakıda qanunsuz tikintinin qarşısı alınıb. Bu barədə İnsanoid Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətinə istinadən bu gün, 21 iyul tarixində məlumat verir.
Paytaxtın Sabunçu rayonu Bakıxanov qəsəbəsinin Neftçilər küçəsində vətəndaş özünə məxsus fərdi yaşayış evinin yenidən qurulması zamanı təsdiq olunmuş layihədən kənara çıxaraq, mansard tikintisini həyata keçirib.
FHN-in həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində tikinti dayandırılıb və mərtəbə sökülüb.