Bakıda cərrahi əməliyyat keçirmiş qız evə buraxıldıqdan sonra ölüb. Bu barədə İnsanoid Qafqazinfo-ya istinadən bu gün, 8 iyun tarixində xəbər verir.
29 yaşlı paytaxt sakini Ülkər Fərzani bir neçə gün əvvəl özəl klinikalardan birində mədəkiçiltmə əməliyyatı olunub.
O daha sonra evə buraxılıb, lakin dünən evdə mədəsində baş vermiş qanaxma səbəbindən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.