Bakının Sabunçu rayonunda silahlı şəxslər saxlanılıblar. Bu barədə İnsanoid Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətiə istinadən bu gün, 16 yanvar tarixində məlumat verir.
Sabunçu polisi əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü Rauf Yusifovu üzərində qanunsuz olaraq odlu silah gəzdirdiyi üçün saxlayıb. Ondan 1 ədəd “Makarov” markalı tapança, 16 ədəd patron və 1 ədəd patron darağı aşkar edilib.
Sabunçu RPİ-nin əməkdaşları Maştağa qəsəbəsində əvvəllər məhkum olunmuş 45 yaşlı Ramin Alxasovu saxlayıblar. Onun yaşadığı evin həyətinə baxış zamanı 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 15 ədəd patron aşkar olunub.
R.Yusifov və R.Alxasov silahları bir müddət əvvəl əldə etdiklərini və polisə könüllü təhvil vermək əvəzinə, özlərində saxladıqlarını bildiriblər.
Həmçinin Sabunçu rayon sakini olan daha bir nəfər özündə saxladığı sənədləri olmayan ov tüfəngini polisə təhvil verib.
Araşdırmalar davam etdirilir.