Valideynlər Bakı üzrə məktəbli formalarını 18 məntəqədən əldə edə bilərlər. Bu barədə 9 avqust tarixində Report Bakı Şəhəri üzrə Təhsil İdarəsinə istinadən məlumat verir.
2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur.
Paytaxtda məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur.
Göstərilən 4 rəngdə geyim forması tekstil şirkətləri tərəfindən hazırlanır və satışı onlar tərəfindən təmin edilir.![]()
![]()