Bakıda mənzildə meyit aşkarlanıb. Bu barədə 18 iyunda Report Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verib.
Nazirliyin "112" qaynar telefon xəttinə Sabunçu rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.