Bakıda marketdən 11 200 manatlıq oğurluq olub. Bu barədə 10 mart tarixində Daxili İşlər Nazirliyi İnsanoid-ə məlumat verib.
Belə ki, Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən marketlərdən birinin anbarındakı seyfdən 11 200 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini Fizuli Əliyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.