Bakıda marketin seyfindən 2 min manat pul oğurlanıb. Bu barədə 26 aprel tarixində Report məlumat verib.
Bildirilib ki, hadisə Xəzər rayonunun Mərdəkan qəsəbəsində qeydə alınıb.
Belə ki, Mərdəkan qəsəbəsi ərazisində yerləşən marketlərin birindəki seyfdən 2 min manat pul, digər marketdən isə 60 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Daşqın Məmmədov müəyyən olunaraq saxlanılıb.
Xəzər RPİ-də araşdırma aparılır.