Bakının Xətai rayonunda yol qəzası baş verib. Bu barədə APA 8 noyabr tarixində xəbər verib.
Neapol dairəsinin yaxınlığında Vəfa Ələkbərli idarə etidyi “Toyota” markalı maşında sükana nəzarəti itirib. Nəticədə avtomobil beton maneəyə çarpılıb.
Yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alaraq, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Yaralı hazırda xəstəxananın reanimasiya şöbəsindədir.
Sürücü V.Ələkbərli müğənnidir.